Türkiyənin məşhur aktrisası xərçəng xəstəsidir

Türkiyənin məşhur aktrisası xərçəng xəstəsidir
7579 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk film və seriallarının məşhur aktrisası Tomris İncer sevənlərini kədərləndirib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, son olaraq "Racon" serialı ilə ekranlara gələn aktrisaya xərçəng xəstəliyi diaqnozu qoyulub. Bu haqda xəbəri musiqiçi Onur Akay İnstaqramda verib.

O, T.İncerin fotosunu paylaşaraq yazıb:

"Dəyərli sənətçimiz kimiyaterapiya müalicəsi alır. Əhvalı yaxşıdır və bu müddəti ailəsi ilə birgə İzmirdə keçirəcək. Onu soruşanlara salam deyir. Dua edib, tezliklə sağalmasını arzu edirik".

T.İncer 2006-cı ildə "Min bir gecə", 2010-cu ildə "Aşk və cəza" seriallarına çəkilib. 1948-ci ildə anadan olan aktrisa bir çox film və seriallarda tamaşaçı qarşısına çıxıb.