10 illik evliliyi bitirən 28 yaşlı dayə məşhurlaşır - fotolar

10 illik evliliyi bitirən 28 yaşlı dayə məşhurlaşır - fotolar
7857 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur cütlük Ben Afflek və Cennifer Qarnerin 10 illik evlilikdən sonra boşanmasına səbəb olan Kristina Ouzounian məşhurlaşır.

Axşam.az-ın "Dailymail"ə istinadən məlumatına görə, Nyu-York küçələrində görünən Kristina heç də qəmgin görünmür, utanmır və fotokameralara etiraz etmir.

Dəbli idman geyimində olan 28 yaşlı dayə televiziyadan gələn təklifləri dəyərləndirərək ulduza çevrilmək yolundadır. O, artıq "Ulduzlarla rəqs" teleşousunda iştirakını təsdiqləyib.

Keçən həftə Afflekin ad günü üçün üç uşağını da götürərək atalarının yanına gətirən Cennifer isə yeni filmin çəkilişlərindədir. Yaxınlarının dediklərinə görə, onlar ad günündə şən vaxt keçirib, uşaqlarla əyləniblər. Hətta Qarnerin Benə növbəti şans verəcəyi deyilir.

Qeyd edək ki, hər iki ulduz boşanmaq qərarına gəlsələr də, hələ nişan üzüklərini barmaqlarından çıxartmayıblar.