Elton Con həyat yoldaşı və uşaqları ilə gəzintidə - fotolar

Elton Con həyat yoldaşı və uşaqları ilə gəzintidə - fotolar
5246 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən məşhur homoseksual cütlüklərindən olan 68 yaşlı müğənni Elton Con və 52 yaşlı Devid Fernişin Fransadakı tətili davam edir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, əfsanəvi ifaçının surroqat anadan olan oğulları - 4 yaşlı Zahar, 2 yaşlı Elayce də onlarla bir yerdə olub. Onlar St.Tropedə qayıq gəzintisinə çıxıblar.

Qeyd edək ki, E.Con və D.Ferniş keçən ilin martında Böyük Britaniyada eynicinsli nikahlara icazə verən qanun qəbul ediləndən sonra evlənmək qərarına gəliblər. Hətta Elton Con sosial şəbəkədə sevincini "Hesab edirəm ki, yeni qanundan istifadə edərək əylənmək üçün əla fürsətdir. Biz çox xoşbəxtik ki, əsl toy edirik" sözləri ilə ifadə edib.

Xatırladaq ki, E.Con 1984-cü il, fevralın 14-də digər bir həmcinsi - səs mühəndisi Renat Blauellə də evlənib. Amma cütlüyün xoşbəxtliyi uzun çəkməyib və onlar 4 il sonra ayrıldıqlarını elan ediblər.