Türkiyəli müğənni Hadisə uzun müddətdir birlikdə olduğu iş adamı Uğur Güvənlə istirahətə yollanıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Yunanıstanın Mikonos adasına gedən sevgililər hava limanında və çimərlikdə görüntülənib.
Beləliklə, “Nammos Beach”də dənizə girən cütlüyün hər kəsdən gizlədiyi sevgisi aşkara çıxıb.
Romantik anlar yaşayan Hadisə və Uğur şəkillərinin çəkilməsindən xəbərsiz olub.
Qeyd edək ki, dəfələrlə fotokameralara tuş gələn müğənni və iş adamı sevgili olduqlarını inkar edirdi.