Kembric hersoginyası Keyt Middltonun bacısı Pippa istirahət üçün Karip dənizinin sahilinə yollanıb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, 31 yaşlı gözəl çimərlikdə qırmızı bikinisi ilə görüntülənib.
O, haqqında çıxan şayiələrə də son qoyub. Belə ki, saytlar Pippinin toyda ombasına forma vermək üçün xüsusi alt paltarı geyindiyini yazmışdı. Çimərlik geyimində görüntülənən qızın heç bir xüsusi geyimdən istifadə etmədiyi, ideal bədən quruluşuna sahib olduğu görülüb.
O, istirahətə qardaşı Ceymes və anası Karole ilə yollanıb.