Limon şirəsi bağırsaq qripindən qoruyur

Limon şirəsi bağırsaq qripindən qoruyur
2058 dəfə oxunub
  • A-
  • A
  • A+

Alimlər müəyyənləşdiriblər ki, limon şirəsinin tərkibində olan sitratlar mədə-bağırsaq qripinə səbəb olan norovirusla mübarizə apara bilir.

Axşam.az-ın məlumatına görə, Trend bu barədə tədqiqatın “Virology” jurnalında dərc olunan nəticələrinə istinadən xəbər verir.

Tədqiqat müəllifləri bildiriblər ki, kəşf təsadüfən edildiyindən sitratların noroviruslara təsir mexanizmi daha ətraflı öyrənilməlidir.

Bununla yanaşı, ekspertlər hesab edir ki, bir neçə damcı limon şirəsi insanı virusa yoluxmağa qoymayacaq.