"Qadınların siqaret çəkməyini qəbul edə bilmərəm" - əməkdar artist

"Qadınların siqaret çəkməyini qəbul edə bilmərəm" -  əməkdar artist
2622 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Nicat Kazımov qadın-kişi münasibətindən danışıb.

Axşam.az-ın məlumatına görə, aktyor “Yeri gəlmişkən” verilişində xanımlarda bəyənmədiyi xüsusiyyətlərdən bəhs edib:

“Ailəni quran qadındırsa, onun hökmdarı kişidir. Qadın kişini evin böyüyü kimi görməlidir. Ona tabe olmalıdır. Qadınların açıq-saçıq geyinməsini sevmirəm. Avropa ilə bizi səhv salırlar. Qadın kişi üçün sirr qalmalıdır. Açıb hər şeyi ortaya qoyanda xoşlamıram. Çox danışan xanımları sevmirəm. Oturub, bildiyindən, bilmədiyindən bəhs edir. Qadınların siqaret çəkməyini qəbul edə bilmərəm. Bir də qadın kişini hədsiz qısqanmamalıdır”.