"İtkin gəlin"in müəllifinin adına kitab sərgisi açılıb

"İtkin gəlin"in müəllifinin adına kitab sərgisi açılıb
1165 dəfə oxunub
  • A-
  • A
  • A+

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı Əlibala Hacızadənin anadan olmasının 80 illiyi münasibətilə “Əlibala Hacızadə-80” başlıqlı kitab sərgisi açılıb.

Axşam.az-ın məlumatına görə, kitabxanadan Azərtac-a bildirilib ki, sərgidə nasirin Azərbaycan və rus dillərində əsərləri, haqqında yazılan, “Ön söz” yazdığı, redaktoru olduğu kitablar, dövri mətbuat materialları sərgilənib.

Qeyd edək ki, Ə.Hacızadə "Təyyarə kölgəsi, "İtkin gəlin", "Əfsanəsiz illər" və s. bestsellerlərin müəllifidir. O. 2009-cu ildə 74 yaşında dünyasını dəyişib.