Yeni avtobuslar xəttə buraxılır - video

Yeni avtobuslar xəttə buraxılır - video
2203 dəfə oxunub
  • A-
  • A
  • A+

“Baku Bus” MMC-ə məxsus yeni avtobuslar sentyabrın 1-dən etibarən hissə-hissə xəttə buraxılacaq.

Axşam.az-ın ANS TV-yə istinadən məlumatına görə, əsasən şəhərin mərkəzi hissəsində marşrut xəttinə 300 avtobusun növbəli şəkildə istifadəyə verilməsinin səbəbini Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov belə izah edir:

“Bu işlər sentyabrın 1-dən etibarən mərhələli bir şəkildə həyata keçiriləcək. Məsələn, bir gündə iki-üç avtobus birdən xəttə buraxılacaq. 10-15 gün keçdikdən sonra bu proses yenidən təkrarlanacaq, yəni xəttə daha iki-üç avtobus buraxılacaq. Bu işlər inqilabi yolla deyil, məhz təkmilləşmə yolu ilə aparılacaq.

Bunun müqabilində vətəndaşlar arasında ajotaj yaranmayacaq. Çünki hər gün evdən çıxan şəxs psixoloji baxımdan dayanacaqda durarkən adət etdiyi avtobusunu görməyə öyrəşib. Birdən-birə 300 ədəd avtobusun xəttə girməsi bəzi problemlərə səbəb ola bilər. Ona görə də nəzərdə tutmuşuq ki, bu proses mərhələli şəkildə olsun”.