“Kurtlar Vadisi Pusu” serialının çəkiliş heyəti 13-cü mövsümü açıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, heyət tam tərkibdə yeni mövsümün ilk bölümünü izləyib. Açılışda “Kurtal Vadisi Pusu”nun baş rol ifaçısı Necati Şaşmaz da iştirak edib. İlk seriyanı izləyən heyət daha sonra yeni mövsüm münasibətilə bir-birini təbrik edib.
Ssenariyə əsasən “ölərək” serialdan ayrılan aktyorlar tərəf müqabilləri ilə vidalaşıblar.
Qeyd edək ki, "Kurtlar Vadisi Pusu" "Kanal D"də yayımlanacaq.