Sürücülərə şad xəbər - video+fotolar

Sürücülərə şad xəbər - video+fotolar
1629 dəfə oxunub
  • A-
  • A
  • A+

Paytaxtda daha bir yol yüksək keyfiyyətlə təmir olunaraq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Axşam.az-a verilən məlumata görə, Binəqədi rayonu Atatürk prospektinin Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək hər iki istiqamət üzrə olan hissələri, Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissələri təmirdən sonra sürücülərin və paytaxt sakinlərinin ixtiyarına verilib.

Burada hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri qısa müddət ərzində, yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılıb.

Bir-neçə küçənin kəsişmələri olan yolun hərəkət hissəsi və səkilər uzun müddət idi ki, təmir olunmadığı üçün sıradan çıxmış vəziyyətdə idi. Bu isə öz növbəsində həm piyadaların, həm də, nəqliyyat vasitələrinin normal və rahat şəkildə hərəkətinə mane olurdu. Bunlar nəzərə alınaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən sözügedən ərazinin təmirinə başlanılmışdı.