ATV-nin aparıcısı Kəmalə Piriyeva tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.
Axşam.az-a açıqlama verən aparıcı sosial şəbəkədən danışıb:
“Hamı şikayət edir ki, İnstaqramda pis yazıb, təhqirlər edirlər. Məndə isə əksinədir. Yaxşı yazanlar daha çoxdur. Amma xoşum gəlməyən izləyicini "qara siyahıya" atıram”.
Sevgi haqda fikirlərini bildirən K.Piriyeva maraqlı etiraf da edib:
“Sevgi etirafları çox alıram. Ən maraqlı sevgi etirafına isə artıq “hə” cavabını vermişəm”.