"Airfield" firması 20 illikləri ilə əlaqədar aktrisa Şeron Stounu yeni sima seçib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Hollivud ulduzu Avstriya markasının yeni reklam çəkilişində iştirak edib.
"Əsas instinkt" filmi ilə məşhurlaşan 57 yaşlı aktrisa payız ab-havalı Paris fonunun qarşısında poz verib. Yaşına rəğmən yenə də cazibədarlığını və sadə gözəlliyini qoruyan aktrisanın bu fotoları sosial mediada çox bəyənilib.