Xalq artisti, xanəndə Zümrüd Məmmədovanın qızı İlahə Qismət “Günə baxan” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, o, Bakı Musiqi Akademiyasının magistr pilləsində təhsil aldığını deyib:
"Arif Məlikovun tələbəsiyəm. Bir çox mahnılar bəstələmişəm. Tanınmış birinin qızı olmaq üzümüzə çox qapıları bağlayır. Bununla belə, bəzi qapıları da açıb. Hər zaman diqqət mərkəzində olursan. Biz nəsə edən kimi deyirlər, “Filankəsin qızı bunu etdi”. Özünə fikir verib, sərhəd qoymalısan".