Bir il öncə ailə quran aktrisa Birce Akalay və aktyor Sarp Levendoğlunun boşanma xəbərləri yayılıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, birlikdə çəkildikləri serialdan sonra ailə quran cütlüyün artıq ayrı yaşadığı haqda şayiələr dolaşır.
Sarp və Birce isə deyilənlərə son qoymaq üçün birgə fotolarını çəkərək sosial şəbəkədə paylaşıblar.