Nazir ailəsi ilə sərgidə - fotolar

Nazir ailəsi ilə sərgidə - fotolar
4307 dəfə oxunub
  • A-
  • A
  • A+

YARAT Müasir İncəsənət Mərkəzi “Ürək tənha ovçudur” (The Heart is a Lonely Hunter) adlı qrup sərgisini təqdim edib.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, sərgiyə YARAT Müasir İncəsənət Mərkəzinin baş kuratoru Suad Qarayeva və Nyu-Yorkda yerləşən “New Museum”un nəzdində fəaliyyət göstərən “Rhizome” təşkilatının bədii rəhbəri Maykl Konnor kuratorluq edirlər.

Sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və həyat yoldaşı iştirak edib.

Sərgidəki əsərlər, həmçinin normal bədənlərin ekranda deformasiyaya uğrayıb anormal formalara keçərək kadrdan kənara çıxmasının yollarını əks etdirir.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qızı, baş kurator Suad Qarayeva çıxış edib:
 
“YARAT Müasir İncəsənət Mərkəzində biz mühüm və ən müasir incəsənət nümunələrinin nümayiş etdirilməsi üçün çalışırıq. “Ürək tənha ovçudur” sərgisi incəsənətin xüsusi istiqamətini – post-rəqəmsal cərəyanını araşdırır və bizim tamaşaçılara sürətlə inkişaf edən bu bədii təsvir təcrübələrini təqdim edir”.

Suad Qarayeva YARAT Müasir İncəsənət Mərkəzinin baş kuratorudur və onun daimi kolleksiyasına və müvəqqəti sərgi proqramlarına rəhbərlik edir.

“Ürək tənha ovçudur” adlı qrup sərgisi 2016-cı il yanvarın 9-dək davam edəcək.