Milan Moda Həftəsi çərçivəsində Alberto Ferretti öz yeni payız-qış kolleksiyasını təqdim edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, italyan modelyer geyimlərini ekranda dəyişən səhra mənzərələrinin fonunda qumun, qürubun, gilin, quru ağacın rəng çalarları ilə nümayişə çıxardıb.
O, modellərinə müxtəlif dizaynlı geyimləri geyindirərək podiuma çıxarıb. A.Ferrettinin rəngli və sehrli dünyası tamaşaçıları heyran edib.