Dünyanın ən xeyirxah sürücüsü - fotolar

Dünyanın ən xeyirxah sürücüsü - fotolar
1853 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın Texas ştatında yaşayan 80 yaşlı Yevgeni Bostik dünyanın ən xeyirxah sürücüsü adlandırılır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onun evi insanların sahibsiz itləri atdığı küçədə yerləşir. Bostik həmin itləri bir araya toplayaraq onları bəsləyib-böyüdür. Qoca hətta onların daşınması üçün maraqlı ideya da fikirləşib.

O, idarə etdiyi traktora plastik çəlləkləri qoşaraq onların baytara aparılmasını təşkil edir. Nömrələnmiş çəlləklərdə itlərin hər birinin xüsusi yeri var.