Yeni tamaşadan ötrü Gürcüstanla Ermənistana getdilər - fotolar
Xəbər
23:05 / 01.10.15
3061dəfə oxunub
A-
A
A+
Rusiyalı aktyor və aktrisalar – Anna Çipovskaya, Ravşana Kurkova, Aleksandr Pal və digərləri Gürcüstanla Ermənistana səfər ediblər.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sənətçilər Rezo Qiqineişvilinin “Sərhədsiz” komediyasını səhnələşdirmək üçün qonşu dövlətlərə yollanıblar.
Əvvəlcə Gürcüstana gedən heyət orada tarixi abidələri ziyarət edərək, kulinariya sahəsində master-klass keçiblər.
Növbəti gün isə komanda Ermənistanın paytaxtı İrəvanda olub.
Qeyd edək ki, heyət “Sərhədsiz” komediyası ilə sevginin sərhəd, yaş fərqi, milliyət tanımadığı mesajını ötürməyə çalışıb.