Hollivud ulduzu Corc Kluninin vəkil həyat yoldaşı Amal Kluni bu dəfə qırmızı libasda görüntülənib.
Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, Nyu-Yorkda otellərdən birindən çıxarkən obyektivlərə tuş gələn vəkilin libası çox bəyənilib. Artıq Amalı “Hollivudun mükəmməl gözəli” belə adlandırırlar.
Dünya şöhrətli model Sindi Krouford dəfələrlə müsahibələrində Kluninin xanımından ötrü “dəli-divanə” olduğunu söyləyib.
Qeyd edək ki, bir qədər əvvəl Amal Corcla birlikdə film nümayişindən çıxarkən yaşıl mini libasda görüntülənmişdi. Sosial şəbəkə istifadəçiləri Amalın həmin libasını ona çox yaraşdırmışdılar.