TV8-in dəb proqramı "İşte benim stilim: All Star"da gözlənilməz ayrılıq yaşanıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu həftə heç bir çəkilişə qatılmayan Nazlı Kayaaslanla bağlı açıqlama verilib. Mövsümün ən çox diqqət çəkən yarışmaçılarından olan Nazlı ilə bağlı aparıcı Öykü Serter efirdə bunları deyib:
"Məlum bir itkimiz var. Nazlı Sultan Kayaaslan sevilən, favorit yarışmaçımız idi. Nişanlı olduğunu demişdi, hazırda isə toy hazırlıqları ilə məşğuldur. Bu səbəbdən buraya vaxt ayıra bilməyəcəyini deyib seçimini etdi".
Nazlı da sosial şəbəkədəki profilindən uzaqlaşdırma olmadığını, yarışmadan ayrıldığı üçün təzminat ödədiyini deyib. Onu dəstəkləyən hər kəsə təşəkkür edən Kayaaslan bir ildir sevgili olduğu Umut Akbulutla evlilik qərarı aldığını elan edib. O, yarışma ilə toy hazırlıqlarının bir arada çətin olduğunu, ona görə də yarışmadan ayrılmaq məcburiyyətində qaldığını bildirib.
Qeyd edək ki, Nazlı Sultan Kayaaslan 25 yaşındadır. Onun Beren adlı bir qızı var. "İşte benim stilim"in 2-ci mövsümündə də iştirak edən Nazlı o vaxt proqramdan qalmaqallı şəkildə ayrılmışdı.