Bakıda Dünya Vegetarian günü qeyd olunub - fotolar
Ölkə
12:46 / 02.10.15
1684dəfə oxunub
A-
A
A+
Ötən gün Azərbaycanda Dünya Vegetarian günü qeyd olunub.
Axşam.az-ın məlumatına görə, qonaqlıqda ilk olaraq süfrəyə vegetarianların menyusuna daxil olan ağ kokosa bənzər top şəklində təam təqdim edilib.
Gecənin aparıcıları Cəmilə Əmirova, Məmməd Zeynalov və Leyla Məmmədova tədbirin mahiyyəti barədə qonaqları məlumatlandırıblar. Ardından “Qrifon” musiqi qrupu və Aysel Hüseynovanın “Aysel studiyası” , pianoçu Fuad Ədib, “İqor Krutoy” adına akademiyanın tələbəsi, “Uşaq Eurovision” yarışmasının iştirakçısı Suada Ələkbərova, gənc müğənni Nəzrin Şərifzadə və Rinat Əlimov çıxış ediblər.