Azərbaycanda hind kinoları sovet dövründən bəri çox məşhurdur.
Onlar arasında xüsusi yer tutan "Fillər mənim dostumdur" televiziya kanallarımızda hələ də nümayiş olunur. Rəsmi adı "Haathi Mere Saathi" olan film 1971-ci ildə dünya premyerasına çıxıb. Baş rollarda Raceş Xan və Tanuja çəkilib.
Axşam.az-ın məlumatına görə, Raceş Xan 2012-ci ildə 69 yaşında dünyasını dəyişib. Tanujanın isə hazırda 72 yaşı var. Prodüser və rejissor Şomu Muxerce ilə evli olan aktrisanın iki qızı var. 2008-ci ildə həyat yoldaşının vəfatından sonra karyerasına qızları ilə davam edən Tanuja keçən il bir neçə beynəlxalq titula layiq görülüb.
