Tanınmış bir marka üçün xüsusi kolleksiya hazırlayan müğənni Hadisə təqdimatda maraqlı etiraflar edib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, müğənnilik və adına bir markanın olmasından başqa üçüncü arzusunun da olduğunu deyib:
"Bu mənim üçün böyük mükafatdır. Bir neçə xəyalım da var. Onları da həyata keçirərəm, inşallah. Üçüncü yerdə ailə qurmaq var. Digəri isə uzun illər səhnədə qala bilmək və filmə çəkilmək".