Son dövrlərin ən məşhur modellərindən olan Keyt Apton Hollivudda bir idman salonunda məşq edərkən görüntülənib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, çəhrayı və boz idman geyimində olan Keyt bir neçə saat idman edib. Modellik bədən quruluşu olmadığı əsas gətirilərək hər zaman tənqid olunan K.Apton hər zaman deyilənlərə susub.
Hətta aparıcı Tara Benksə görə Keyt "plus-size", yəni standart ölçülərdən böyük, kök model sayılır.
Podiumlarda arıq bədənlilərin dövrünün keçdiyini isbatlayanlardan olan 23 yaşlı model çıxışda fotoqraflara gülümsəyib.