Avstraliyalı fotoqraf Riçard Simpkin 25 il ərzində məşhur insanlarla mindən çox foto çəkdirib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, 15 yaşı olandan "Richard and famous" ("Riçard və məşhurlar") layihəsini inkişaf etdirməyə başlayıb.
R.Simpkin indiyə qədər Odri Hepbörn, Ledi Qaqa, Nelson Mandela, Maykl Cekson, Robin Uilyams, Tom Kruz, Nikol Kidman, Dalay-lama, Devid-Viktoriya Bekhemlər, Al Paçino, Teylor Svift, Keti Peri, Lana del Rey, hətta şahzadə Uilyamsla da foto çəkdirib.