Gülben Ergen tənqid olundu: "Fotoşop deyil, Fotoşok"

Gülben Ergen tənqid olundu: "Fotoşop deyil, Fotoşok"
5695 dəfə oxunub
  • A-
  • A
  • A+

Sibel Can və Hülya Avşardan sonra Gülben Ergen də "Fotoşop"dan ifrat istifadəsinə görə tənqidə məruz qalıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Kalbimi koydum" adlı yeni albomunun fotosessiyası üçün Nihat Odabaşının fotokamerası qarşısına keçən Gülbenin incə və selülitsiz ayaqları gözdən qaçmayıb.

Sosial media istifadəçiləri onun keçən il çimərlikdə çəkilən fotolarını yada salaraq "Fotoşop deyil, Fotoşok" şərhini yazıblar.

Qeyd edək ki, Bodrumdakı çimərlik fotolarında selülitli ayaqları ilə müzakirə olunan müğənni o vaxt baş verənləri "3 uşaq anasına qarşı zorakılıq" adlandırmışdı.