Almaniyalı aktrisa Məryəm Üzərli aktyor Murad Yıldırımla tərəf müqabili olduğu “Gecənin kraliçası” serialının çəkilişi zamanı motosiklet qorxusuna qalib gələ bilməyib.
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, aktrisa bundan ötrü dublyordan istifadə etməli olub. Çəkilişləri Fransanın Kann şəhərində davam edən serialda səhnələrdən birində Məryəm Muradla birlikdə motosiklet sürməli imiş. Lakin motosikletdən qorxduğunu deyən M.Üzərli həmin səhnədən ötrü dublyor istəyib.
Qeyd edək ki, Məryəmin bu kaprizləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.