Amerikalı aktrisa Qvinet Peltrounun keçmiş həyat yoldaşı Kris Martin yeni sevgilisi ilə Fransanın paytaxtında görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 10 illik nikahına son qoyan “Coldplay” qrupunun solisti Kris ingilis aktrisa Annabell Uollsla münasibətə başlayıb.
Tanınmış cütlük Parisin küçələrində öpüşüb, rəqs edərkən paparassilərin hədəfində olub. Ətrafdakı insanlara əhəmiyyət verməyən Krislə Annabell həddindən çox sevincli olublar.
Romantik gəzintiyə çıxan tanınmışlar bir-birlərinə sarılaraq yollarına davam ediblər.