Böyük Britaniya şahzadəsi Uilyamla Kembric hersoginyası Keyt Midlton Şotlandiyada rəsmi səfərdədirlər.
Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, cütlük dənizçilik məktəbinə baş çəkib. Keyt hətta sükan arxasına keçərək gəmini idarə etməyə çalışıb. Hersoginya, hər zaman olduğu kimi, geyimi ilə diqqət obyektinə çevrilib.
“Cristofer Cane”dən göy palto geyinən düşes elə eyni rəngli ətəyə üstünlük verib.
Qeyd edək ki, kral ailə üzvləri uzun müddət küçədə insanlarla görüşərək avtoqraf paylayıb, şəkil çəkdiriblər.