Aktrisa Kira Naytli və həyat yoldaşı Ceyms Rayton Manhettendə körpə qızları ilə gəzərkən görüntüləniblər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onlar qızları Edinin fotolarının çəkilməsinə etiraz etməyiblər.
Qeyd edək ki, 2013-cü ildə ailə quran cütlük valideyn olmaları barədə xəbərləri gizlətməyi bacarmışdılar. Yalnız mayda məlum olmuşdi ki, Kira Naytli ana olub. Digər ulduzlardan fərqli olaraq onlar qızlarının fotolarını mediaya satmamışdılar.