"Ancaq Azərbaycan yeməkləri yeyirik" - Mübariz Mənsimov

"Ancaq Azərbaycan yeməkləri yeyirik" - Mübariz Mənsimov
3872 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə fəaliyyət göstərən tanınmış azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər qrupunun sahibi Mübariz Mənsimov  özünün rəsmi "Facebook" səhifəsində maraqlı status paylaşıb.

Modern.az saytı xəbər verir ki, iş adamı statusunda milli yeməklər haqda yazıb:

"Mənim evimdə aşbaz lənkəranlıdır. Azərbaycan yeməklərinə, milli mətbəximizə üstünlük verirəm. Ancaq Azərbaycan yeməkləri yeyirik".

Qeyd edək ki, iş adamı son vaxtlar "Facebook" sosial şəbəkəsində fəallıq nümayiş etdirir. Bundan öncə o, həyat yoldaşı Tamara Mənsimovayla şəklini paylaşmışdı.