Əməkdar artist Tünzalə Ağayeva film təqdimatına qatılıb.
Müğənni başına papaq qoyub, əlinə silah alıb Axşam.az fotokamerası qarşısına keçib.
T.Ağayeva əməkdaşımızla söhbətində aktrisalıq sevgisindən bəhs edib:
"İkinci dünya müharibəsi mövzusundan bəhs edən filmləri sevirəm. Bir neçə dəfə filmə çəkilmək təklifi almışam. Biri yerli, digəri əcnəbi rejissor idi. Açıq-saçıq səhnələr olduğu üçün razılaşmadım. Düşünürəm ki, komediya filmində oynaya bilərəm. Yumor hissim var, düzdür, bunu ictimaiyətdə az göstərirəm. Həyatda gerçəkləşməyən iki arzum var: məşhur müziklda rol almaq və filmə çəkilmək”.
T.Ağayeva “Səs Azərbaycan” yarışmasından da danışıb. Müğənni oradakı tələbələri ilə layihələr hazırlayacağını bildirib.
Foto: Pəri ARİFQIZI