"Mançester Yunayted" futbol komandasının ingilis futbolçusu Ueyn Runinin həyat yoldaşı Kolin oğullarının fotosunu paylaşıb.
Axşam.az-ın məlumatına görə, o, Sevgililər günündə üç oğlunun fotosunu "Mənim Valentinlərim" qeydi ilə təqdim edib.
Qeyd edək ki, Runi və həyat yoldaşı Kolinin bu yaxınlarda doğulan oğullarından başqa 6 və 2 yaşlı iki oğulları da var. Onların adları Kai, Klay və Kitdir.