Saç əkimi üzrə mütəxəssiz Könül Hüseynova
Əlaqə nömrəsi: (055) 513 21 70
Ünvan: “Nordic İnternational” klinikası
Uzun illərdir ki, insanlar keçəlləşmənin qarşısını almaq üçün müalicəvi dərmanlardan, şampunlardan, yağlardan və bir çox üsullardan istifadə edirlər. Amma heç bir nəticə əldə olunmayıb. Son bir neçə ildə isə keçəl başlara tük əkilməsi dəb halını alıb. Bu isə hər yerdə müsbət nəticə vermir.
Bir çox insanlar saç əkilməsi əməliyyatına qeyri-real baxırlar, saç tökülməsini isə kompleks halına çevirirlər.
Mütəxəssis Könül Hüseynova saç əkimi ilə bağlı məsləhətlər verib. Beş ildir bu sahədə çalışan K.Hüseynova Türkiyədə tibb fakültəsini bitirib.
“Günümüzün estetik əməliyyatlarının başında saç əkilməsi gəlir. Saç tökülməsi – xüsusilə, kişilərin qarşılaşdığı əsas estetik problemlərdən biridir və psixoloji narahatlığa səbəb olur. Müasir dövrdə bunun qarşısını almaq heç də çətin deyil.
Keçəl başlara tük əkilməsi çox asan və ağrısız prosesdir. Artıq beş ildir ki, bu sahədə çalışıram və hələ ki məndən narazı pasiyent olmayıb. Mən əməliyyat zamanı xəstəni narkozla yatızdırmıram. Xəstə gözüaçıq olur, saçına əkilən tükləri rahatca saya bilir”.
“6 aydan sonra saçlar normal halda olur”
“Proses 4-5 saat çəkir. Ondan sonra xəstə evə gedə bilər. 3 aya tüklər çıxmağa başlayır. 6 aydan sonra təbii saç kimi olur və normal uzunluğa gəlir. Onu kəsdirə, fenləyə bilərlər. Bizdə tüklərin sıra ilə düzülüşü, sayı da təbii edilir: ilk sıraya birköklü, ortaya ikiköklü, arxaya isə üçköklü tüklər əkilir. Belə halda saçlar daha təbii görünür”.
Saç əkilməsi necə bir prosesdir?
“Saç əkilməsi yerli keyləşdirmə altında başın arxasından, yəni tük olan hissədən soğanaqların götürülüb tüklərin seyrək olduğu hissəyə əkilməsidir. Bu əməliyyat mütləq bir plastik cərrahiyyə mütəxəssisi tərəfindən edilməlidir. Əməliyyatı 2 və ya 3 seans etmək lazımdır. İlk seansdan nəticəni əldə etmək mümkündür. Amma ilk əkimdən sonra ikinci seansın lazım olub-olmamasına 6 aydan sonra qərar verilə bilər. Belə bir əməliyyatdan sonra çıxan saçlar adamın öz təbii saçları olduğu üçün tamamilə normal, fiziki və fizioloji xüsusiyyətlərə sahibdir. Digər saçlar kimi uzanar, kəsilər, rənglənər. Əlavə olaraq onu da qeyd edək ki, başın arxasından alınan tüklər tökülmür. Çünki tük başın arxa hissəsindən götürüləndə soğanağın bir hissəsi orada qalır”.
Könül Hüseynova eyni zamanda digər estetik-plastik əməliyyatlar da edir.