Sevgililər günündə şoumen Mehmet Əli Ərbillə Kiprdə səhnəyə çıxan müğənni Sibel Can qırmızı rəngli libası ilə göz oxşayıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nur Yerlitaşın hazırladığı libas həm ifaçı, həm də sosial şəbəkə izləyiciləri tərəfindən çox bəyənilib. “Mən eşq qadınıyam” deyən Sibel Can konsertinə “Benim adım aşk” mahnısıyla başlayıb.
Müğənni yeni albom hazırlığında olduğunu və onun bu yaxınlarda işıq üzü görəcəyini bildirib.