Uzun müddət küsülü qalan aparıcı Afaq Gəncəli ilə müğənni Natavan Həbibi xeyriyyə tədbirində bir araya gəliblər.
Axşam.az-ın məlumatına görə, kamera qarşısına keçib fotolar çəkdirən tanınmışlar barışdıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, N.Həbibi ilə A.Gəncəli ATV-də səhər verilişində dalaşmışdılar. Afaqın "İlhamə Qasımova verilişin digər iki qonağından (Natavan Həbibi və Oksana Rəsulovanı nəzərdə tutur – red.) fərqli olaraq özünə tamam doğru yol seçib" sözləri qarşı tərəfi özündən çıxarmışdı. N.Həbibi A.Gəncəlinin oğlu Qədirxan dünyasını dəyişəndə başsağlığına getmiş və onlar barışmışdılar.