Aktrisa Bleyk Layvli Nyu-Yorkda kameralara tuş gəlib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı aktrisa küçə stili ilə diqqət çəkib. “Michael Kors”dan sinə dekolteli qırmızı libas geyinən Bleyk imicini qara ayaqqabılar və çanta, rok-n-roll üslubunda qara eynəklə tamamlayıb.
B.Layvlinin geyimi “Michael Kors”un 2016-cı il üçün yaz-yay kolleksiyasındandır.