Aparıcı Aynur Hacıyevanın təşkilatçılığı ilə əməkdar artist İlqar Muradov əyləncə məkanlarının birində konsert proqramı ilə çıxış edib.
Axşam.az-ın məlumatına görə, uzun müddətdir gündəmdən uzaqlaşan müğənni iki saatlıq canlı proqram təqdim edib. İ.Muradov gecədə klassik, xalq və bəstəkar mahnılarını səsləndirib.
Qeyd edək ki, konserti izləməyə gələnlər arasında xalq artistləri Siyavuş Kərimi, “Qaya”qrupunun rəhbəri Rauf Babayev, müğənni Rəşad İlyasov xanımı ilə iştirak edib.