Fransalı musiqiçi muğam öyrənmək üçün Bakıya gəldi

Fransalı musiqiçi muğam öyrənmək üçün Bakıya gəldi
576 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan muğamına olan sevgi fransalı musiqiçini Bakıya gətirib.

Axşam.az-ın məlumatına görə, Pierre de Treqomain muğam öyrənmək məqsədi ilə xanəndə Qoçaq Əsgərovun tələbələri sırasına yazılıb.

Bu barədə xanəndə özü xəbər verib. O,hazırda fransız musiçiyə muğamlarımızı öyrətdiyini bildirib:

“YUNESKO”nun eksperti Sənubər Bağırova mənə bildirdi ki, Fransadan bir musiqiçi Azərbaycana gəlib, məndən muğam dərsi almaq istəyir. Mən də razılıq verdim.  Başlanğıc olaraq ona “Rast”, “Bayatı-şiraz”ı dəsgah şəklində öyrədirəm. Yaxınlarda isə “Qarabağ şikəstəsini  və “Sarı gəlin” xalq mahnısını öyrədəcəm”. Pedaqoq kimi çalışmıram, amma bu, birinci əcnəbi deyil ki, muğamlarımızı öyrənmək üçün mənə müraciət edir”.

“Muğamla cazı sintez edəcəm. Bu çətin prosesdir, amma bacaracam. Qəzəlləri tərcümə edib, dərk edib, sonra oxuyuram” deyə, Pierre de Treqomain bildirib.