Aktrisa 17 illik həyat yoldaşının dəfnində - fotolar

Aktrisa 17 illik həyat yoldaşının dəfnində - fotolar
6177 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur fransız aktrisası Sofi Marse 17 illik rejissor həyat yoldaşı Ancey Julavskinin dəfn mərasimi zamanı görüntülənib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə 75 yaşında dünyasını dəyişən Julavskinin dəfni vətəni Polşada keçirilib. Dəfn mərasimində cütlüyün oğlu Vinsent də iştirak edib. Əri ilə vidalaşan Sofi Marse göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, 1940-cı ildə Polşada dünyaya gələn Ancey Julavski 5 yaşından Fransada yaşayır. “The Devil”, “That Most İmportant Thing: Love”, “Possession” ve “Fidelity” filmlərinin müəllifidir. Julavski sonuncu “Kosmos” filmini 15 il fasilədən sonra ötən il lentə alıb.