Rusiyalı müğənni İrakli Bakının qonağı olub.
Axşam.az-ın məlumatına görə, ifaçı rol aldığı “Robinzon və 9 cümə” filminin qala gecəsinə qatılıb.
Media nümayəndələrinin suallarını cavablandıran İrakli Bakı sevgisindən bəhs edib:
“Bakıda 7 il əvvəl olmuşam. Şəhəri çox gəzmək imkanım olmasa da, hava limanından otelə gəldiyim yolda çox dəyişklik gördüm. Bakının bu qədər dəyişməsi məni heyrətləndirdi. Gözəl yeni binalar ucaldılıb. Bu gün şəhərə çıxıb gəzəcəm. İçərişəhərdə olmaq, “Brilyant əl” filminin çəkildiyi yeri görmək istəyirəm”.
İrakli Azərbaycan musiqisinə olan heyranlığından da bəhs edib:
“Biz qonşu ölkələrik. Gürcüstanda çoxlu azərbaycanlılar olur. Onlar dostcanlıdırlar. Azərbaycan musiqisi ilə hələ uşaqlıqdan tanışam. O vaxtlar “Çip-çip cücələrim” oxuyurduq. Azərbaycan ifaçılarından Emin Ağalarov və Manana ilə tanışlığım var”.
Foto: Ramin ASLANOV