Müğənni Əli Mirəliyev xalq artisti İlhamə Quliyeva ilə bağlı açıqlama verib.
Axşam.az-ın məlumatına görə, o, İ.Quliyevanın son istəyinin onu görmək olduğunu bildirib:
“Deyib ki, Əli və Samirəni (Əli Mirəliyevin qızı - red.) çağırın. Bu sözlərdən sonra keçinib. Mən gələndə artıq gec idi. Böyrəyi iflas edib, şəkəri qalxıb. Cəsədini morqa aparacaqlar. Ekspertizadan keçiriləcək, şübhələndiyimiz məqamlar var”.