Bakıda Fransa mətbəxi festivalı keçiriləcək

Bakıda Fransa mətbəxi festivalı keçiriləcək
919 dəfə oxunub
  • A-
  • A
  • A+
Martda Bakıda Fransa mətbəxi festivalı - "Goût de France / Good France 2016" keçiriləcək.

Axşam.az Fransanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, martın 15-dən etibarən fransız mətbəxinin təamlarını Azərbaycanın 3 restoranında dadmaq və almaq olacaq. Eyni zamanda Fransadan olan aşpazların iştirakıyla kulinar təqdimatlar keçiriləcək.

Qeyd edək ki, bu cür tədbir Azərbaycanda ikinci dəfədir keçirilir. Kulinariya festivalının keçirilməsi ənənəsinin əsasını 2015-ci ildə Fransanın keçmiş xarici işlər naziri Loran Fabius qoyub.

Onu da bildirək ki, fransız mətbəxi festivalı dünya üzrə 5 qitənin 150 ölkəsindəki Fransa səfirlikləri tərəfindən təşkil ediləcək.