Bakıxanovda veloyürüş keçirildi - fotolar

Bakıxanovda veloyürüş keçirildi - fotolar
2658 dəfə oxunub
  • A-
  • A
  • A+

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Sabunçu rayon İcra Hakimiyyəti, Sabunçu rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində veloyürüş təşkil edilib.

Federasiyadan Axşam.az-a verilən məlumata görə, yürüşdə federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-dən artıq idmançısı ilə yanaşı, həvəskar velosipedçilər də iştirak edib.

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, ölkəmizdə idmana dövlət səviyyəsində böyük qayğının olduğunu söyləyib.