Sabiq deputatın qızı Parisdə butik açdı - fotolar

Sabiq deputatın qızı Parisdə butik açdı -  fotolar
5839 dəfə oxunub
  • A-
  • A
  • A+

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Parisdə azərbaycanlı dizayner Mənzər Hacıyevanın “Kəlağayı” butikini təşkil edib.

Axşam.az-ın Azərtac-a istinadən xəbərinə görə, iki gün ərzində ticarət mərkəzində şəhər əhalisi və turistlərin azərbaycanlı dizaynerin üzərində qrifi olan kəlağayı, ipək və kəşmir yaylıqlarını tanımaq və öz aksessuarlarını tamamlamaq imkanı olacaq.

M.Hacıyeva da Azərbaycan ənənəvi baş geyimi olan “Kəlağayı”ya yeni nəfəs verərək, onun yenidən dəbə minməsinə və inkişafına öz töhfəsini verib. Azərbaycanlı dizayner öz brendini yaradaraq kəlağayını dəb aksessuarı kimi təqdim edir.

Qeyd edək ki, M.Hacıyeva Milli Məclisinin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Asəf Hacıyevin qızıdır.