Nazpəri Dostəliyevanı bir də belə görün - fotolar

Nazpəri Dostəliyevanı bir də belə görün -  fotolar
5607 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Nazpəri Dostəliyeva yeni fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, müğənni yeni imici ilə diqqət çəkib.

Əməkdaşımızla söhbətində N.Dostəliyeva baxımından, yeni görünüşündən bəhs edib:

“Əslində sənət adamları imiclərində tez-tez dəyişiklik etməlidirlər. Mən də bir neçə dəfə imicimdə dəyişiklik etmişəm. Amma görünüşümdəki bu dəyişiklik sevənlərim tərəfindən o qədər də xoş qarşılanmayıb. Ona görə də hər zaman onların qəbul edib, sevdiyi Nazpəri kimi qalmışam. Baxımlı olmaq bütün xanımlara lazımdır, xüsusən də sənət adamlarına. Mən də bir xanım kimi hər zaman baxımlı görünməyə çalışıram. Amma nə qədər kosmetika və maskalardan istifadə etsən də, daxilin gözəl olmasa, təsir etməyəcək. Ona görə də xanımlara məsləhətim niyyətlərini hər zaman xoş saxlamaqdır. Heç vaxt evdə maska hazırlamıram. Lazım olanda hazırlatdırıram”.

N.Dostəliyeva yeni imicinin hər hansı bir layihə ilə əlaqədar olub-olmaması ilə bağlı suallara belə cavab verib:

“Bu bir sirr olaraq qalsın. Yaxında məni sevənlərə sürprizim olacaq. Bu şəkillərə görə stilist Anar Ağakişiyevə və fotoqraf Ruslana təşəkkür edirəm. Çox əziyyət çəkdilər”.