Ceyhundan "8 gül" fotosessiyası

Ceyhundan "8 gül" fotosessiyası
2035 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qala" qrupunun rəhbəri, müğənni Ceyhun Əliyev qadınları özəl günündə diqqətdən kənarda qoymayıb.

Axşam.az xəbər verir ki, onun "8 gül" adlandırdığı fotosessiyası məhz xanımların 8 Mart Qadınlar Bayramına həsr edilib. C.Əliyev 8 güllə ayrı-ayrılıqda foto çəkdirib. Müğənni düşünür ki, hər bir xanım bu fotolarda öz payını götürəcək:

"Hər gülü öz sevəni var. Qızıl gül demək olar ki, sevgi rəmzidir, çobanyastığına gənc qızlar "sevir-sevmir" nəzərindən yanaşırlar, ağ qızıl gül dostluğa itaf olunur. Xanımların könlünü bir güllə də xoş edə bilərik. Əsas odur ki, biz kişilər diqqətimizi xanımlardan əsirgəməyək".

C.Əliyev sevənlərini də unutmayıb. O, pərəstişkarları ilə bağlı sevgisini belə dilə gətirib:

"Onların hər birinə gül təqdim etmək üçün gərək böyük mağazaya sahib olum. Bu layihəni analarımızın, bacılarımızın timsalında məni sevən bütün xanımlara, eyni zamanda mətbuatda və televiziyada çalışanlara həsr edirəm. Yaxşıki varsınız!".

Qeyd edək ki, layihənin prodüseri Kazım Sübhan, fotoqrafı Kamran Aydınovdur.