Plastik və estetik cərrah Siruz Qoçxani Tehranda Şəhid Behşidi adına Tibb Elmləri Universitetində təhsil alıb. Plastik cərrahiyyə üzrə ixtisaslaşıb, Almaniya və bir çox xarici ölkələrdə kurslar keçib. 16 ildir plastik cərrah kimi fəaliyyət göstərir. 8 ildir Azərbaycanda çalışır.
Siruz Qoçxani Axşam.az-a müsahibəsində estetik əməliyyatlardan, onların müsbət nəticələrindən bəhs edib:
- Yaş artdıqca xanımların plastik əməliyyata ehtiyacı da çoxalır. Bunun üçün xanımlar hər zaman peşəkar bir həkimə müraciət etməlidirlər. Qüsursuz gözəlliyə sahib olmaq hər bir qadının arzusudur. Mən uzun illərdir plastik cərrah kimi fəaliyyət göstərirəm. Bütün plastik əməliyyatları edirəm. Hazırda Azərbaycanda ən çox rinoplastikaya müraciət olunur. Ondan sonrakı sırada isə abdiminoplastika və liposaksiya durur.
- Rinoplastika necə aparılır və neçə saat davam edir?
- Çəpər əyriliyi olan insanların əməliyyatı 3 saat davam edir. Bəziləri var ki, korreksiya olur, bu da 2 saat vaxt aparır. Mən çalışıram kəsiyi elə edim ki, iz bilinməyəcək qədər kiçik və nazik olsun.
- Bəzən xanımlar burun əməliyyatından sonra nəfəsalmada problem yaranmasından şikayətlənirlər.. Bunlar nədən irəli gəlir?
- Burun əməliyyatı edən cərrah həm də lor həkim olmalıdır. Ümumiyyətlə, plastik əməliyyat elədir ki, bunu edən cərrah bütün sahələri bilməlidir. Mənə elə xəstələr müraciət edir ki, əməliyyatdan sonra burnu ya əyilib, ya da nəfəs ala bilmir. Əgər insan normal halda 100 faiz nəfəs almağa qadirdirsə, əməliyyat zamanı bunu daha da yüksəltmək lazımdır ki, sonra problem yaşanmasın.
- Xanımlarımızın əksəriyyəti abdiminoplastika (qarın gərmə) və üz gərmə prosedularına da üz tutur. Bu əməliyyatın çətinlikləri nələrdir?
- Mən qarın gərmə zamanı xüsusi üsullardan istifadə edirəm. Çalışıram ki, əzələləri yığım. Bunun da effekti 10 il qalır. Əməliyyat 4-5 saat çəkir. Eyni zamanda gözün sallaq qapaqlarını və üz dərisini dartıram. Xəstə on il effektin qalacağının şahidi olur. Bütün plastik əməliyyatlardan sonra xəstə cəmi 1 həftə ev şəraitində dincəlməlidir. Bir həftədən sonra normal iş həyatına qayıda bilər.
- Bir də son vaxtlar liposaksiya əməliyyatı aktualdır...
- Liposaksiya təhlükəli prosesdir. Bu zaman həkim həmişəkindən çox diqqətli olmalıdır. Azərbaycanda çox vaxt bu əməliyyatı düzgün etmirlər. Bədənin az piy olan yerlərini korreksiya etmək lazımdır. Əməliyyatla yalnız 3-5 litr piy çəkmək olar. Bəzi həkimlər isə birdəfəyə 10 litrdən çox piy çəkirlər. Bu da xəstə üçün təhlükəlidir.
- Hər bir qadını plastik əməliyyat zamanı narahat edən amil kəsik izlərinin qalmasıdır...
- Mən əməliyyat zamanı kəsikləri çox xırda etməyə çalışıram. Mamoplastikada isə süd vəzisinin alt hissəsindən kiçik kəsik edilir. Üz gərmə zamanı isə kəsiklər qulağın arxa hissəsində aparılır. Çox vaxt insanlar narkozdan qorxurlar. Amma biz müasir narkozlardan istifadə edirik. Onlar qısa vaxt ərzində qandan yuyulub gedir. Heç bir qorxusu yoxdur.
- Silikonlardan istifadə hər zaman mübahisəli mövzu olub. Xanımlar hansı əməliyyatda silikondan istifadə edə bilər?
- Ayağa silikon qoyulmasının əleyhinəyəm. 1-2 ildən sonra ağrı verir və xəstə gəlir ki, çıxarın. Ən yaxşı üsul piy vurulmasıdır. Piyin 30-40 faizi əriyir, qalanı qalır. Süd vəzilərinə isə ən keyfiyyətli silikonlardan qoyuruq. Bu da ömürlükdür. Heç bir problem yaratmır. Qadın süd verərkən də əziyyət çəkmir.
- Dodaqdan silikonun və gellərin çıxarılması da təhlükəli əməliyyatlar sırasındadır. Xanımların əksəriyyəti bu prosesdən sonra dodaqda hissiyatın itməsindən şikayətlənir...
- Dodağa geli çox vururlar, zaman keçdikcə bu problemlər yaradır. Bunu çıxartmaq çox çətin prosesdir. Mən çalışıram dodaqda iz qalmadan kəsiksiz aparım. Dodağı infeksiyalardan təmizləyirəm. Kəsik edilən zaman hissiyat itir.
Əlaqə nömrəsi: (055) 513 21 70
Ünvan: “Nordic İnternational” klinikası