Aytəkin: "Məşhurların evi, ailəsi həmişə maraqlı olub" - fotolar

Aytəkin: "Məşhurların evi, ailəsi həmişə maraqlı olub" -  fotolar
5767 dəfə oxunub
  • A-
  • A
  • A+
“Xəzər” telekanalının aparıcısı Aytəkin Mərdanova tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.az-a açıqlama verən aparıcı “Evdəkilərə salam” verilişindən bəhs edib:

“Bu günə kimi hansı müğənniyə müraciət etmişəmsə, evində çəkilişə razılıq verib. İçərisində ürəksiz, tanışlıq xatirinə razılaşanlar da az olmayıb. Amma onlar veriliş efirə gedəndən sonra zəng vurub, razılıq edib, tərddüdə görə peşman olduqlarını bildiriblər. Ən qonaqpərvər müsahibimiz Manaf Ağayev olmuşdu. Süfrəyə o qədər təam düzmüşdü ki... Tək narazıçılığım Nadir Qafarzadədəndir. Çəkiliş gününü danışıb, vaxt belə demişdi. Amma son anda imtina etdi. Əslində, “Evdəkilərə salam” yay layihəsi idi. Sonra baxımlı olduğunu gördük və davam etmək qərarına gəldik”.

A.Mərdanova layihəsini başqa telekanalların oğurladığını da iddia edib:

“Bizdən sonra bir çox telekanallarda buna bənzəyən layihələr etdilər. Buna görə heç kimi qınamıram. Mən hər zaman ətrafımdakılara bacardığım qədər yaxşılıq etməyə çalışmışam. Məşhur bir simanın evi, ailəsi həmişə tamaşaçıya maraqlı olub. Paxıl, qısqanc, uğurlarımı gözügötürməyənlərə demək istəyirəm ki, Allah verən qismətin qarşısını heç bir bəndə ala bilməz”.

Foto: Ramin ASLANOV